133 nömrəli marşrut xətti üzrə yeni avtobuslar istifadəyə verilib

“Çinar Trans” MMC tərəfindən Bakıya gətirilən yeni avtobuslar 133 nömrəli marşrut xətti üzrə istifadəyə verilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
O deyib ki, artıq yeni avtobuslar 133 nömrəli marşrut xətti ilə sərnişinlərə xidmət edir.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin müvafiq hüquqi normativ aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğun olaraq “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus Bakıya gətirilib. “Avro-5” standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
1news.az