Ukrayna XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımırıq | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımırıq

13:54 - 01 / 04 / 2020
Ukrayna XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımırıq

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilmiş qondarma prezident və parlament seçkilərinin tanınmamasına dair bəyanat yayıb.

1news.az-ın Ukraynanın ölkəmizdəki səfirliyinə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, Ukrayna Xarici İşlər Nazirliyi 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş tutumuş qondarma prezident və parlament seçkilərini qəti şəkildə qınayır. 

“Bu qondarma seçkilər heç bir hüquqi nəticəyə malik deyil və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. 

Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının  suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün çıxış edir”- deyə, bəyanatda qeyd olunur.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər