Şahin Seyizdadə: Kəskin təlabat olan tibbi maska qıtlığı artıq qısa müddətdə aradan qaldırılacaq – VİDEO

Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat verdilər.
Məlumat verildi ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.
Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir.
Milli Məclisin deputatı Şahin Seyizdadə müəssisənin açılışı ilə bağlı qeyd edib ki, Prezident İlham Əliyevin pandemiya dövründə atdığı qətiyyətli addımlarla cəmi 2 həftədə yerli istehsal təşkil edilərək, kəskin təlabat olan tibbi maska qıtlığı artıq qısa müddətdə aradan qaldırılacaq:
“Xalqımızın sağlamlığının qorunması və təlabatının ödənməsi, ölkəmizin xarici idxaldan asılılığın aradan qaldırılması üçün görülən bu tədbir təqdirəlayiqdir. Virusla mübarizədə maskalar və dezinfeksiya edici məhlullardan istifadə etmək xüsusi önəm daşıyır”, - o, qeyd edib.
Müəssisənin istifadəyə verilməsi ilə əlaqədar Şahin Seyidzadə üç məqama toxunub:
“Birincisi, böhran dövründə bu cür avadanlıqların satışı çox məhduddur və Azərbaycan hökuməti dövlətin bunları əldə edə bilməsi üçün lazımi tədbirlər həyata keçirdi. Qeyd etmək lazımdır ki, bu, asan deyildi.
İkincisi, artıq bu məsələdə digər ölkələrdən asılı deyilik. Daha çox ölkədaxili tələbatımızı ödəyəcək öz Azərbaycan məhsulumuzu yaradırıq. Biz artıq idxalçı ölkə olmayacağıq.
Üçüncüsü isə, bu qərar vətəndaşların maskalarla təmin olunması ilə bağlı çətinliklərinin aradan qaldırılması ilə bağlı gözləntilərinə cavab verir”, - o, bildirib.
Qeyd edək ki, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək.
Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.
Prezident tibbi maska istehsalı müəssisəsinin açılışını etdi - YENİLƏNİB
“Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq” - Prezident
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi – Tam MƏTN
Prezident: Azərbaycan həkimləri koronavirusa qarşı fədakarcasına mübarizə aparırlar
S.Xankişiyeva