Bakı karantininin iki tərəfi: mərkəzin boş küçələri və şəhər ətrafının çoşub-daşan həyatı – FOTO – VİDEO

Məlum olduğu kimi, 2020-ci il aprelin 5-dən 20-dək Nazirlər Kabinetinin qərarı ilə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını təmin edən xüsusi karantin rejimi tətbiq edildi.
Aprelin 5-dən etibarən vətəndaşlar SMS icazə aldıqdan sonra evdən çıxmaq hüququna malikdirlər.
Xüsusi karantin rejimi başladıqdan indiyə qədər (bir həftədən az müddətdə) vətəndaşlarımız təyin edilmiş qaydaları dəfələrlə pozmağa cəhd edib, sistemi çökdürmək üçün bir gündə yüzlərlə SMS-müraciət edib. Bəziləri, “3” kodunun (yəni evi yas mərasiminə getmək üçün tərk etmək) vasitəsilə verilən icazəni, gəzinti xatirinə istifadə etmələri də ortaya çıxıb.
Vətəndaşlarımızın bütün bu anlaşılmaz məsuliyyətsizliyi, xüsusi karantin tədbirlərinin tətbiqi, COVID-19 koronavirus infeksiyası təhlükəsi səbəb olduğu bir vəziyyətdə baş verir. Karantin rejimi qaydalarının pozulması yoluxma sayının artmasına və nəticədə bu rejimin müddətinin uzadılmasına və hətta sərtləşməsinə səbəb ola bilər.
Artıq bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov aprelin 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahda koronavirus infeksiyası COVID-19 ilə bağlı keçirilən mətbuat brifinqində artıq xəbərdarlıq edib.
Lakin onun təhlükə ilə bağlı xəbərdarlığı ciddi qəbul edilmədi. Təəssüf ki, bir çox vətəndaşlarımız hələ də həyatını adi şəkildə yaşamağa davam edərək vəziyyətin bütün təhlükəsini dərk etmirlər: yeraltı kafelərə və bərbərlərə baş çəkir, dostlar ilə əylənir, parklarda və hətta evlərin damlarında gəzir.
Mart ayının əvvəllərindən insanların məsuliyyətsiz davrandıqları İspaniya, İtaliya və ABŞ və o ölkələrin bu gün sərbəst vaxt keçirdikləri həmin parklarda, ticarət mərkəzlərində cənazə və qəbiristanlıqlar yerləşdirdikləri kədərli nümunəsi göstərmək olar. Lakin əfsuslar olsun ki, bu, günümüzün dəhşətli reallığıdır ...
Dəfələrlə oxucularımız şərhlərində Bakının mərkəzi ilə şəhərətrafı rayonlarda karantin rejiminə riayət edilməsinin fərqliliyindən yazırdı.
Təəssüflər olsun ki, onların şərhlərinin sübutu olaraq əlimizdə heç bir foto və ya video olmurdu. Lakin bu gün məsələ ilə əlaqədar AzTV belə bir video-çarx paylaşıb.
Müqayisə üçün – Bakının boş mərkəzi küçələrini və yüzlərlə insanın və maşının Bakı ətrafında hərəkətinin şahidi oluruq.








Bütün bunlar kədərli sonluğa yol açır, lakin nəticələrdən belə bir qənaətə gəlinir: dövlət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və bununla da karantin rejiminin sona çatdırmaq üçün əlindən gələni edir, lakin sakinlər bu tarixi təxirə salmaq üçün mümkün qədər hər şeyi edir. Biz hələ onların həm öz həyatlarını, həm də övladlarının, dostlarının və qohumlarının həyatlarını təhlükə altına qoyması barədə danışmırıq.





İbrahim Məmmədov: Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir – VİDEO
Karantin rejiminə məhəl qoymayan 13 227 sürücü məsuliyyətə cəlb edilib
“8103”dən gələn razılıq SMS-nin tarixini dəyişdi, 25 sutkalıq həbs edildi – FOTO
Azyaşlı “8103”ə 90 dəfə sms göndərdi, atası cərimələndi
“Qızla görüşə gedirəm, burax gedim...” – SMS-xuliqanları tapılaraq cəzalandırılacaq – VİDEO
YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz
Tərcümə: S.Xankişiyeva