Azərbaycanda 57 nəfərdə koronavirus aşkarlanıb, 68 nəfər müalicə olunaraq evə buraxılıb – RƏSMİ

Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.
YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz
Azərbaycanda məktəb və bağçalar müvəqqəti bağlandı - RƏSMİ
AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO
Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ
Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO
S.Xankişiyeva