Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

22:26 - 30 / 04 / 2020
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 30-na olan statistik göstəriciləri açıqlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 143 079 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 58 nəfər müalicə olunaraq sağalıb, bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 804 yoluxma aşkarlanıb. Onlardan 1 325-i sağalıb, 24-ü ölüb. Hazırda aktiv xəstə sayı 455-dir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Qeyd edək ki, ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.

Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.

Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.

Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınmışdır.

Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!

YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz

Neftçalada karantində olan Elçin Abdullayev xəstəxanadakı vəziyyətlə bağlı: Həkimlər – sadəcə əhsən! – FOTO – VİDEO

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycanda məktəb və bağçalar müvəqqəti bağlandı - RƏSMİ

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

Paylaş:
678

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər