Bu yerlərdə maska taxmasanız cərimələnəcəksiniz – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yerlərdə maska taxmasanız cərimələnəcəksiniz – SİYAHI

10:39 - 03 / 06 / 2020
Bu yerlərdə maska taxmasanız cərimələnəcəksiniz – SİYAHI

Bildiyimiz kimi, dünən Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb.

Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər.

1news.az-ın verdiyi xəbərə görə, aşağıda qeyd edilən yerlərdə maska mütləq taxılmalıdır:

 

 

SİYAHI

- Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.)

- Bazarlar

- Qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla)

- Dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr

- Fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələr

- Açıq sahəli ofislərdə və istehsalat yerləri

- Tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar

- İbadət yerləri

- Elm və səhiyyə müəssisələri

- Sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər

- İctimai nəqliyyat dayanacaqları

- Bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbələr

- Həmçinin, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır.

Qeyd edək ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bununla bağlı Milli Məclisin qanun layihəsi qəbul edib və və ölkə başçısının dünən həmin dəyişikliyi təsdiqləyib.

Mövzu ilə əlaqədar oxuyun:

Maska taxılmamasına görə cərimələrin tətbiqi qüvvəyə mindi

Maska taxmamağa görə cərimələr təsdiq edildi - MƏBLƏĞ

S.Xankişiyeva

 

 

Paylaş:
847

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər