Prezidentin köməkçisi: “İctimai nəqliyyatdan istifadə edirəm, kartı da göstərə bilərəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin köməkçisi: “İctimai nəqliyyatdan istifadə edirəm, kartı da göstərə bilərəm”

17:43 - 10 / 07 / 2020
Prezidentin köməkçisi: “İctimai nəqliyyatdan istifadə edirəm, kartı da göstərə bilərəm”

“Şəxsən mən özüm ictimai nəqliyyatdan istifadə edirəm”.

1news.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində jurnalistin “Operativ Qərargahın üzvlərindən kimsə ictimai nəqliyyatdan istifadə ediblərmi?” sualına cavab verərkən deyib.

“Brifinq bitəndən sonra mən avtobus kartımı da sizə göstərə bilərəm” – deyə, Hikmət Hacıyev fikirlərinə əlavə edib:

“Qərarların qəbul edilməsində beynəlxalq təcrübə, ölkədə olan vəziyyət, həmçinin real texniki və epidemioloji vəziyyətlər təhlil olunur. Avtobuslarla metroya gəldikdə isə, bəli bu məqamda avtobuslarda sıxlıq müşahidə olunur, visual müşahidələrdə də bu özünü göstərirdi. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında bu məsələ qoyulub ki, xəttə olan avtobusların sayı artırılsın, metrolar arasında hərəkət edən eksperess avtobuslara da əlavələr olunsun. Metro qapalı məkan olduğu üçün və tunel şəraiti olduğu üçün burada havanın ventilyasiyası ilə bağlı fərqli fikrlər var. Bütün qərarlar dünya təcrübəsinə əsasən verilir”.

Qafar Ağayev

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər