Daha bir həkim COVID-19-a yoluxdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir həkim COVID-19-a yoluxdu

11:51 - 10 / 07 / 2020
Daha bir həkim COVID-19-a yoluxdu

“COVID -19 infeksiyasına yoluxan reanimatoloq Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib.

Musa Abbasovun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin də səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb.

Mövzu ilə əlaqədar oxuyun:

Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

Koronavirusa yoluxan ATU-nun şöbə müdiri Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib

S.Xankişiyeva

 

Paylaş:
805

Son xəbərlər

Bütün xəbərlər