AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi – FOTO

11:57 - 11 / 07 / 2020
AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi – FOTO

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü  Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırmışdır.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən,

yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

S.Xankişiyeva

 

 

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər