Bu günün statistikası: daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb

16:43 - 13 / 07 / 2020
Bu günün statistikası: daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb

Azərbaycanda COVID-19-a daha 529 yeni yoluxma qeydə alınıb, 547 nəfər sağalıb

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015 test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 576 249-a çatıb.

S.Xankişiyeva

 

Paylaş:
514

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər