Deputat: “Zabitlərimiz özlərini əsgərlərimizdən öncə güllə qabağına verirlər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Zabitlərimiz özlərini əsgərlərimizdən öncə güllə qabağına verirlər”

17:18 - 14 / 07 / 2020
Deputat: “Zabitlərimiz özlərini əsgərlərimizdən öncə güllə qabağına verirlər”

“Generalımızın şəhid olması vəziyyətin gərginliyini, bizim generallarımız da başda olmaqla zabitlərimizin ön cəhbədə olması deməkdir”.

Bu barədə 1news.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, onlar torpağımızı qoruyaraq, suverenliyimizi qoruyaraq şəhid olublar.

“Cavan bir generalımızın şəhid olması onu göstərir ki, çox ciddi döyüşlər gedir. Eyni zamanda bu gün zabitlərimizin ön xəttə olaraq, əsgərlərimizdən öncə özlərini güllə qabağa verirlər. Bundan başqa 1 polkovnikimiz, 2 mayorumuz da həlak olub. Həlak olanlar da gələcəyin generalları idi. Ermənistanda isə cəbhənin ön xəttində bir qayda olaraq əsgərlər və kiçik rütbəli zabitlər olurlar. Aprel döyüşlərində ön cəbhədə olan erməni generallarının bir çoxu döyüşlərdən sonra üzə çıxdılar və çox sayda erməni general məhz qorxaqlığına görə işindən azad edilib. Generalımızın şəhid olması onu göstərir ki, bu gün hər birimiz torpaq üçün şəhid olmağa hazırıq. Generalımız başda olmaqla bütün hərbçilərimiz döyüşdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olublar. Bu onu göstərir ki, Azərbaycan ordusunun generalı, yüksək rütbəli zabitləri özlərini əsgərlərdən fərqləndirmir, qəhrəmancasına döyüşürlər. Şəhidlərimizin əziz xatirəsi heç bir zaman bizim xatirələrimizdən silinməyəcək”.

A.Mirzəzadə bildirib ki, döyüşlər davam edir.

“Bu onu göstərir ki, əməliyyat hələ başa çatmayıb. Cənab Prezident ayın 12-də ermənilər birinci dəfə provakasiya etdikdən sonra Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, Ermənistan 2016-cı ilin Aprel hadisələrinin dərslərini unutmamalıdırlar. Azərbaycan bu günlərdə növbəti dəfə Ermənistana o dərsləri keçir, amma bu dəfə cavab 4 il əvvəlkindən daha ağır olacaq”.

Qafar Ağayev

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər