Azərbaycan əhalisinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

13:20 - 16 / 07 / 2020
Azərbaycan əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 22 min 745 nəfər və ya 0,2 faiz artaraq 2020-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 89 min 853 nəfərə çatıb.

Bu barədə  1news.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

1news.az

Paylaş:
299

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər