“Evimdə oturmuşam…” – Elmar Məmmədyarov danışdı

“Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm”.
Bu barədə gununsesi.org-a müsahibə vermiş xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov bildirib.
Gələcəklə bağlı planlara toxunan eks-nazir bildirib ki, cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam:
“Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm”.
Jurnalistin ABŞ-a övladlarının yanına gedəcəyi və ya Azərbaycanda qalacacağı ilə bağlı sualına E.Məmədyarov bildirib ki, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam bunu biləcəksiniz.
“Yeni xarici işlər naziri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var...” sualına Elmar Məmmədyarv bildirib ki, mən Ceyhun Bayramova uğurlar diləyirəm:
“Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız daha yaxşı olardı”.
Mövzu ilə əlaqədar oxuyun:
Prezident Elmar Məmmədyarovu sərt tənqid etdi: Mən Xarici İşlər nazirini tapa bilmədim – VİDEO
S.Xankişiyeva