Koronavirus Azərbaycanda: 471 yeni yoluxan, 7 ölən, 549 sağalan var - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 471 yeni yoluxan, 7 ölən, 549 sağalan var - RƏSMİ

1news Redaksiyası18:19 - 17 / 07 / 2020
Koronavirus Azərbaycanda: 471 yeni yoluxan, 7 ölən, 549 sağalan var - RƏSMİ

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 805  nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 490 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi əlaqədar 9023, ötən müddət ərzində isə 610 523 test aparılıb.

Qafar Ağayev

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər