Dövlət Miqrasiya Xidmətindən Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayana MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Miqrasiya Xidmətindən Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayana MÜRACİƏT

15:47 - 18 / 07 / 2020
Dövlət Miqrasiya Xidmətindən Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayana MÜRACİƏT

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 256 nömrəli Qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti 2020-ci il 5 avqust saat 06:00-dək uzadılıb. Xüsusi rejim Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərini və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarını əhatə edir.

Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, eləcə də olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilərin icazəsi 21 iyundan etibarən tətbiq edilmiş qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı- https://migration.gov.az/press/news_content/14090). Həmçinin olduğu yer və ya yaşayış yerini tərk etmək üçün verilən icazə müddətinin 2 saatdan 3 saaatadək artırılmasını nəzərə alaraq, müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlərin (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməsi zəruridir. Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur".

Qafar Ağayev

Paylaş:
548

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTOBu gün, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilibBu gün, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıbBu gün, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!Bu gün, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdiBu gün, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndiBu gün, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıbBu gün, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVABu gün, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıbBu gün, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEOBu gün, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25
Bütün xəbərlər