Nazirlik reyd keçirdi - 100 obyektdə qaydaların pozulduğu aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik reyd keçirdi - 100 obyektdə qaydaların pozulduğu aşkarlandı

17:26 - 18 / 07 / 2020
Nazirlik reyd keçirdi - 100 obyektdə qaydaların pozulduğu aşkarlandı

Sahibkarlıq subyektlərində monitorinqlər davam etdiliir

İqtisadiyyat Nazirliyindən 1news.az-a bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində iyulun 17-də keçirdiyi monitorinqlərdə Qaradağ rayonunda Mirzağa Məmmədova məxsus ayaqqabı mağazasında, Cavid Əliyevə məxsus toyuq məhsullarının satışı dükanında, Rövşən Təhməzliyə məxsus telefon təmiri xidmət obyektində, Nizami rayonunda Aygün Hüseynovaya məxsus ərzaq dükanında, Anar Fərzəliyevə məxsus marketdə, Nərimanov rayonunda Ceyhun Quliyevə məxsus ərzaq mağazasında, Yasamal rayonunda "AL Market"də, Ənvər Şükürova və Vüsal Mehtiyevə məxsus ərzaq mağazalarında, Sabunçu rayonunda “Mövüzə market”də, Suraxanı rayonunda “Tamerlan market”də, “Ballı market”də, Nəsimi rayonunda “Vüqar firması”na, Ələmdar Abuşova və Sulduz Muxtarova məxsus tikinti malları mağazalarında, Lənkəran rayonunda “Ay İşığı market”də, Sərvər Məmiyevə, Camal Kərimova, Nail İsmayılova məxsus mağazalarda, Füzuli rayonunda “Al Market”də, “Oba Market”də, Rafiq İbişova məxsus mağazada, ümumilikdə, .monitorinq aparılmış 460 obyektin 100-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib

Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 17-də nəzarət-yoxlama tədbirləri keçirilmiş obyektlərin 36-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 18-dək monitorinq aparılmış 17108 sahibkarlıq subyektindən 6988-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Qafar Ağayev

Paylaş:
574

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər