Sərt karantin rejimi tətbiq olunan ərazilərin sayı 14 oldu, ikisi siyahıdan çıxarıldı - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərt karantin rejimi tətbiq olunan ərazilərin sayı 14 oldu, ikisi siyahıdan çıxarıldı - RƏSMİ

11:01 - 18 / 07 / 2020
Sərt karantin rejimi tətbiq olunan ərazilərin sayı 14 oldu, ikisi siyahıdan çıxarıldı - RƏSMİ

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, həmçinin, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;

Bundan başqa, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Qafar Ağayev

Paylaş:
620

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər