Koronavirus Azərbaycanda: 369 yeni yoluxan, 9 ölən, 523 sağalan var - RƏSMİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
1news.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 27890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8037 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6817, ötən müddət ərzində isə ümumilikdə 634698 test aparılıb.
Qafar Ağayev
924