Nadir Zeynalov: “Azərbaycanda COVİD-19-a təkrar yoluxma qeydə alınmayıb”

“Azərbaycanda COVİD-19-a yoluxmuşmuş şəxslərin sağaldıqdan sonra təkrar yoluxması qeydə alınmayıb”.
1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.
“Ümumiyyətlə COVİD-19-a təkrar yoluxma bu günə qədər daha çox laborator dianostikada olan qüsurlarla bağlıdır. Hələ ki, COVİD-19-a təkrar yoluxmanın rəsmi təstiqlənmiş halları ilə tanış deyilik”.
Qafar Ağayev
809