Bu il Qurban Bayramı necə keçiriləcək? – Şahmar Mövsümovdan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Qurban Bayramı necə keçiriləcək? – Şahmar Mövsümovdan açıqlama

17:44 - 20 / 07 / 2020
Bu il Qurban Bayramı necə keçiriləcək? – Şahmar Mövsümovdan açıqlama

“Hal-hazırda Qurban Bayramı ilə bağlı müvafiq tədbirlər planı hazırlanır. Onunla bağlı çox ətraflı məlumat veriləcək”.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

“Biz anlamalıyıq ki, bu ilin Qurban Bayramı  digər illərdəkinə oxşamaya bilər. Çünki biz koronavirus şəraitində yaşayırıq və yeni reallıqlara uyğunlaşmalıyıq. Ona görə də xüsusi tədbirlər planı hazılanır. Biz istəmirik ki, bu bayram öz bayram əhval-ruhiyyəsini itirsin, amma məcbur olacağıq müəyyən mənada nəyəsə güzəştə gedək. Bu barədə ətraflı məlumat veriləcək”.

Qafar Ağayev

 

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər