SMS icazə üçün ayrılan 3 saat hissələrə bölünə bilər? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

SMS icazə üçün ayrılan 3 saat hissələrə bölünə bilər? - AÇIQLAMA

17:55 - 20 / 07 / 2020
SMS icazə üçün ayrılan 3 saat hissələrə bölünə bilər? - AÇIQLAMA

“SMS icazə üçün ayrılan 3 saatın hazırda gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur”.

1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, son məqsəd yoluxmanın səviyyəsini azaltmaqdır: “Əgər yoluxmanı aşağı salmaq istəyiriksə, mümkün qədər az insanın evdən çıxması lazımdır. Ona görə də 3 saatın bölünməsi düzgün olmaz”.

Qafar Ağayev

Paylaş:
836

Son xəbərlər

Bütün xəbərlər