Bu rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi dayandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi dayandırıldı

09:28 - 20 / 07 / 2020
Bu rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi dayandırıldı

Bu gündən etibarən Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək:

"Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq".

1news.az

Paylaş:
745

Son xəbərlər

Bütün xəbərlər