Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü saxlanıldı - FOTO

15:20 - 23 / 07 / 2020
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü saxlanıldı - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi "Mercedes" markalı mikroavtobusla onları Bakı şəhərinə aparacağına söz verib.

Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib. Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

1news.az

Paylaş:
630

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər