Həftə sonları marşrutlar işləməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftə sonları marşrutlar işləməyəcək

11:04 - 24 / 07 / 2020
Həftə sonları marşrutlar işləməyəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) həftə sonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq:

"Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".

Qafar Ağayev

Paylaş:
991

Son xəbərlər

Bütün xəbərlər