Bakının bəzi yerlərində yenidən postlar quruldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi yerlərində yenidən postlar quruldu

11:19 - 25 / 07 / 2020
Bakının bəzi yerlərində yenidən postlar quruldu

Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub.

1news.az oxu.az-a istinadən xəbər verir ki, zərurət olan ərazilərdə postlar bərpa edilir, bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir.

Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları müxtəlif ərazilərdə, məhəllədaxili hissələrdə nəzarəti gücləndiriliblər. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv etmişdi.

1news.az 

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər