Samsung soyuducuları ilə məhsulların uzun müddət qayğı ilə qorunub saxlanılması – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung soyuducuları ilə məhsulların uzun müddət qayğı ilə qorunub saxlanılması – FOTO

10:00 - 28 / 07 / 2020
Samsung soyuducuları ilə məhsulların uzun müddət qayğı ilə qorunub saxlanılması – FOTO

Xüsusi karantin rejimi zamanı bir çoxumuzun qarşılaşdığı ilk problem, marketlərdən aldığımız çox sayılı məhsullarının saxlanılmasıdır.

Belə ki, hətta uzun müddət istifadəyə yararlı məhsullar belə, xüsusi saxlama şəraiti tələb edir. Bu səbəbdən sizlərə SpaceMax ™ texnologiyası ilə təchiz olunmuş  böyük tutumlu yeni Samsung soyuducularını təqdim edirik. Yeni texnologiya dəyişməz xarici ölçülərin qorunub saxlanması şərti ilə soyuducunun tutumluluğunu artırır, belə ki, indi istədiyiniz sayda məhsulu daha uzun müddət saxlaya bilərsiniz.

Məhsulların uzun müddətli saxlanmasını təmin etmək üçün sözü gedən soyuducularda Samsung  həm də, yenilənmiş soyutma sistemindən istifadə edir. Beləliklə, All-around Cooling texnologiyası işləmə kamerasının bütün sahəsini bərabər şəkildə soyudur. Belə ki, sistem iki sensordan istifadə edərək soyuducu daxilində temperaturu daim nəzarətdə saxlayır. Soyudulmuş hava axını isə burada havalandırma dəliklərindən püskürdülərək, saxlama kamerasında temperaturun bərabər paylanmasını təmin edir. Bütün bu xüsusiyyətlər sayəsində soyuducu daxilində sabit bir temperatur şəraiti yaradılır və məhsullar uzun müddət təzə qalır. Əlavə olaraq, rəqəmsal inverter kompressoru sayəsində burada soyutma gücü avtomatik olaraq tənzimlənir. Kompressor kəskin yanıb-sönmələrin qarşısını alaraq, yüklənmə və elektrik enerjisi sərfiyyatını azaldır və işləmə kameraları daxilində temperaturu tənzimləyir.

Rəqəmsal kompressor üzərindən işləyən hərtərəfli soyutma sistemindən əlavə, SpaceMax ™ texnologiyası ilə təchiz olmuş Samsung soyuducularında "düzgün" soyutma prosesinin təşkil olunması üçün Metal Cooling adlanan xüsusi polad paneldə quraşdırılmışdır. Cihazın arxa divarında yerləşən  bu lövhə, soyuducu daxilində soyuq hava kütləsinin qorunub saxlanması üçün əlavə mənbə rolunu oynayır. Beləliklə,  hətta soyuducunun qapısını tez-tez açdığınız halda belə, metal "divar" kamera daxilində sabit temperaturun qorunub saxlanmasına  kömək edir, bu da öz növbəsində məhsulları uzun müddət təravətli saxlamağa imkan verir. Eyni zamanda, Metal Cooling  kamerada temperaturun bərabər şəkildə paylanmasını optimallaşdıraraq, "temperatur tənzimləyicisi" rolunu oynayır. Bundan əlavə, soyuducu daxilində belə bir  "polad divarın” olması cihazın estetik görünüşünə gözəllik qatır.

Qeyd etmək lazımdır ki, Samsung soyuducuları sürətli soyutma və "şok" dondurma rejimlərini də dəstəkləyir. Sözü gedən rejimlər sayəsində indi yaxınlarınızı evdə hazırlanmış limonada qonaq etmək istədiyinizdə, soyuması üçün bir neçə saat gözləmək məcburiyyətində olmayacaqsınız. Belə ki, sürətli soyutma rejimi olduqca sadə şəkildə bir düymə ilə aktiv edilir və soyuq hava axınını sürətlə kameraya püskürdülərək, içkiləri tez bir zamanda soyudur.

Sürətli dondurulma isə məhsulların faydalı xüsusiyyətlərini qoruyub saxlayaraq onları uzun müddət istifadəyə yararlı şəkildə saxlamağa kömək edir. Bu rejimdə, güclü soyuq hava axını dondurucu kameraya daxil olaraq məhsulları tez bir şəkildə dondurur, bu səbəbdən də bu proses – şok dondurulma adlandırılır. Aşağı temperaturlarda aparılan bu növ dondurulma  mayenin kristallaşmasının qarşısını alır. Burada iki dəfə tez dondurulan məhsulların donu açıldıqda, faydalı xüsusiyyətləri qorunub saxlanaraq, hətta dadı belə dəyişmir. Əlavə olaraq, şok dondurulma sayəsində məhsulların vitamin tərkibi də demək olar ki, dəyişməz olaraq qalır.

SpaceMax™ texnologiyalı Samsung soyuducuları haqqında əlavə məlumatlar Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton и Optimal mağazalarında əldə edilə bilər.

Reklam hüququnda

 

 

 

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər