DSX-nın əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu barədə 1news.az-a DSX-nın mətbuat xidmətindən bildiriblər. Qyed olunub ki, 29 iyul 2020-ci il tarixində saat 09:15 radələrində Dövlət Sərhəd Xidmətinin Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
1news.az