Nazirlik 22 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik 22 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib - SƏBƏB

14:24 - 30 / 07 / 2020
Nazirlik 22 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib - SƏBƏB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına yol verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirir.

Nazirlikdən 1news.az-a bildirilib ki, işəgötürənlərlə sosial dialoq qurularaq onlara əmək qanunvericiliyinin tələbləri izah olunur, sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə edilir.

Xüsusi karantin dövründə həyata keçirilən nəzarət zamanı 22 işəgötürən tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilən əmək müqavilələri reallığa uyğun olmayan müqavilələr kimi diqqəti cəlb edib. Həmin müqavilələrin xüsusi karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə bağlanılaraq bu barədə bildirişlərin e-sistemə daxil edildiyinə dair əsaslı şübhələr yaranıb.

Qeyd edilən işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 156 işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Qafar Ağayev

Paylaş:
455

Son xəbərlər

Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Ərdoğan Sərvərə mükafatını təqdim etdiBu gün, 09:04Bakının küçələrində sıxlıq yaranıb - SİYAHIBu gün, 08:59Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb22 / 05 / 2024, 17:45Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib22 / 05 / 2024, 17:42Bu rayonda 3 gün qaz olmayacaq22 / 05 / 2024, 17:28Milli Məclisdən Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini CAVAB22 / 05 / 2024, 17:27Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB 222 / 05 / 2024, 17:13Mətbuat Şurası tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb22 / 05 / 2024, 17:12Bakının 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq22 / 05 / 2024, 16:48İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək22 / 05 / 2024, 16:35Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB22 / 05 / 2024, 16:11Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub22 / 05 / 2024, 16:09Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib - YENİLƏNİB22 / 05 / 2024, 16:09Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib22 / 05 / 2024, 16:05Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilib22 / 05 / 2024, 16:04Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən məhdudlaşdırılacaq22 / 05 / 2024, 16:03Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə22 / 05 / 2024, 15:55Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib22 / 05 / 2024, 15:32
Bütün xəbərlər