Paytaxt sakinlərinin diqqətinə: sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt sakinlərinin diqqətinə: sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

17:19 - 31 / 07 / 2020
Paytaxt sakinlərinin diqqətinə: sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə 1news.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. Avqust ayının 1-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

1news.az

Paylaş:
917

Son xəbərlər

Bütün xəbərlər