Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb - FOTO

11:37 - 31 / 07 / 2020
Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, layihə respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edir. Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri respublika üzrə aztəminatlı ailələrə baş çəkərək qurban paylarını təqdim edir, mənəvi-ruhi birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırırlar.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə sosial-iqtisadi inkişafa yönələn dövlət proqramlarına dəstək verir, aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramları və əlamətdar günləri onlarla birlikdə qeyd edir.

Respublikamızda qeyd olunan müxtəlif bayramlarda aztəminatlı ailələrə Heydər Əliyev Fondunun sovqatları paylanılır, sosial yardıma ehtiyacı olan minlərlə şəxsə bayram əhval-ruhiyyəsi bəxş edilir.

1news.az

Paylaş:
778

Son xəbərlər

Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41
Bütün xəbərlər