Sabahın havası: Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir

13:23 - 01 / 08 / 2020
Sabahın havası: Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir

2 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, 2 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

2 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-17, gündüz 18-23 dərəcə isti olacaq.

S.Xankişiyeva

 

Paylaş:
506

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb17 / 06 / 2021, 18:04Üfunət qoxulu Sumqayıt bulvarı: Problem nədən ibarətdir? - VİDEO17 / 06 / 2021, 17:56AQTA reyd keçirdi: 12 obyekt cərimələndi - SİYAHI17 / 06 / 2021, 17:41Van Dammın oğlunun Vətən müharibəsində paylaşdığı şəkil gündəm oldu - FOTO17 / 06 / 2021, 17:3017 iyuna olan vaksinasiya STATİSTİKASI17 / 06 / 2021, 17:19Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı17 / 06 / 2021, 17:13“Qarabağ”ın “Aşdod”la oyununun vaxtı dəqiqləşib17 / 06 / 2021, 17:12Sabah külək güclənəcək - Hava xəbərdarlığı17 / 06 / 2021, 16:47Qubada daha 3 su anbarı inşa olunacaq - VİDEO17 / 06 / 2021, 16:43Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO17 / 06 / 2021, 16:27Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb17 / 06 / 2021, 16:14“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır17 / 06 / 2021, 16:09Təhsil Tələbə Krediti Fondunun məqsəd və vəzifələri açıqlanıb17 / 06 / 2021, 15:52FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ17 / 06 / 2021, 15:47Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub17 / 06 / 2021, 15:37Azərbaycanda Enerji effektivliyi fondu yaradılacaq17 / 06 / 2021, 15:30Türkiyə və Rusiya prezidentləri yaxın günlərdə görüşəcək17 / 06 / 2021, 15:09Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN17 / 06 / 2021, 14:47Ceyhun Bayramov Türkiyəyə yola düşüb17 / 06 / 2021, 14:41Göyçayda çətənə yetişdirənlər saxlanılıb - FOTO17 / 06 / 2021, 14:38
Bütün xəbərlər

Next TV