Hikmət Hacıyev: Kinoteatrlar ən çox çəkən sahələrdəndir

“Kinoteatrlar və bu qəbildən olan sahələr pandemiyadan ən çox zərər çəkən sahələr sırasındadır”.
1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
"Əgər müraciətlər olarsa həmin sahəyə də yardımların ayrılması məsələsinə baxıla bilər. İkinci hazırlanan iqtisadi yardım paketlərinə də qeyd olunan təsisatlar tərəfindən müraciət olduğu təqdirdə baxılacaq” - deyə, Hikmət Hacıyev fikirlərinə əlavə edib.
Qafar Ağayev
776