Azərbaycanda 6 avqusta olan koronavirus STATİSTİKASI: 144 yoluxan, 435 sağalan, 3 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 6 avqusta olan koronavirus STATİSTİKASI: 144 yoluxan, 435 sağalan, 3 ölən var

17:10 - 06 / 08 / 2020
Azərbaycanda 6 avqusta olan koronavirus STATİSTİKASI: 144 yoluxan, 435 sağalan, 3 ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 76 61 79 test aparılıb.
 
Qafar Ağayev
Paylaş:
1206

Son xəbərlər

Bütün xəbərlər