Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib - Komitədən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib - Komitədən açıqlama

17:24 - 08 / 08 / 2020
Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib - Komitədən açıqlama

Avqustun 8-də Mingəçevir şəhərindəki keçmiş turist bazasında (Turbaza), məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidə torpaq sürüşməsi baş verib.

1news.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar.

Hadisə nəticəsində ikisi Ağdam, biri Kəlbəcər rayonundan olmaqla 3 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış yerinə ziyan dəyib. Dövlət Komitəsi həmin yaşayış yerlərində qısa müddətdə zəruri təmir-bərpa işləri aparacaq.

Mingəçevir şəhərindəki “Turbaza” adlanan ərazidə 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Bu ailələrin əksəriyyəti Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərdir. Onların yeni yaşayış sahələrinə köçürülməsi məsələsinə bölgədə məcburi köçkünlər üçün gələcəkdə yeni qəsəbələr salınarkən mövcud qaydalar çərçivəsində baxılacaqdır.

Xatırladaq ki, indiyədək Mingəçevirdə 2004-cü ildə 412 ailəlik “Yeni həyat” qəsəbəsi, 2013-cü ildə 504 ailəlik qəsəbə, 2015-ci ildə 594 mənzilli ümumilikdə 1510 ailəlik üç qəsəbə istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı – Yol xəritəsinə uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılması nəzərdə tutulub.

Paylaş:
585

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar17 / 05 / 2024, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib17 / 05 / 2024, 13:52
Bütün xəbərlər