Prezidentin köməkçisi: “Vətəndaşlar əgər işləri tələsik deyilsə, pik vaxtlarda ictimai nəqliyyatdan istifadə etməsinlər”

“Əvvələr qarajlarda ehtiyat avtobuslar olurdu, ancaq indi verilən qərara görə, bütün avtobuslar xətlərə çıxarılmaldır”
1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
“Yolların idarə olunması, avtobusların məhz sıxlıq olan ərazilərə yönəldilməsi və bunun aktiv formada idarə edilməsi həyata keçirilir. Biz görürük ki, günü daha çox iki hissəsində sıxlıqlar daha çox olur, səhər saat 10-a qədər və axşam saatlarında. Xahişim ondan ibarətdir ki, vətəndaşlar harasa tələsmirlərsə və ya işlərinin vaxtını müəyyən qədər dəyişdirmək imkanları varsa, pik vaxtlarda ictimai nəqliyyatdan istifadə etməsinlər. Mən inanıram ki, bunu etsələr sıxlığın qarşısı müəyyən qədər alınar. Bu bizə həddindən artıq çox kömək edərdi”.
Qafar Ağayev