Tovuzun Ağdam kəndində ödənişsiz səyyar tibbi müayinə keçirilib - Şəhidimizin övladı da müayinə olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzun Ağdam kəndində ödənişsiz səyyar tibbi müayinə keçirilib - Şəhidimizin övladı da müayinə olundu - FOTO

11:18 - 10 / 08 / 2020
Tovuzun Ağdam kəndində ödənişsiz səyyar tibbi müayinə keçirilib  - Şəhidimizin övladı da müayinə olundu - FOTO

“ASAN xidmət” və "Sağlam Ailə" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz səyyar tibbi müayinə layihəsi bu dəfə Tovuz rayonunun Ağdam kəndində təşkil olunub.

Bu barədə 1news.az-a ASAN Xidmət"dən bildirilib. Məlumata görə, avqustun 6, 7, 8-də kənd sakinləri yaşadıqları ünvanlarda ödənişsiz peşəkar həkim müayinələrindən yararlanıblar. Müayinələr pandemiya şəraitində mövcud preventiv tədbirlərin şərtlərinə və tibbi-profilaktik qaydalara əsasən təşkil olunub.

Həmçinin sakinlərə tibbi maskalar və dezinfeksiya məhlulları təqdim olunub.

Kənd sakinləri, eyni zamanda onlar üçün təqdim olunmuş tibbi kuponlar vasitəsi ilə "Sağlam Ailə" klinikalarında istənilən vaxt ödənişsiz müxtəlif həkim və laborator müayinələrdən yararlana bilərlər.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, səyyar tibbi müayinə layihəsi 2017-ci ildən həyata keçirilir və Azərbaycanın bir çox regionlarını əhatə edib.

Xatırladaq ki,  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu  Elşad Məmmədovun 8 aylıq övladı da müayinə olunub. 

Qafar Ağayev

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər