Bu günün statistikası: 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı

17:23 - 14 / 08 / 2020
Bu günün statistikası: 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, aktiv xəstə sayı 2 024 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, ötən müddət ərzində isə ümumilikdə 820 002 test aparılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər