Şabranda velosipedçilərə qarşı reyd keçirilib - Cərimələnənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda velosipedçilərə qarşı reyd keçirilib - Cərimələnənlər var

12:00 - 14 / 08 / 2020
Şabranda velosipedçilərə qarşı reyd keçirilib - Cərimələnənlər var

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reydlər keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Günün gündüz və gecə saatlarında keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 9 velosipedçi barəsində cərimə protokolu tərtib olunub.

Qafar Ağayev

Paylaş:
909

Son xəbərlər

Bütün xəbərlər