TƏBİB: Açılmalara gedəndə yoluxmada artmalar ola bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Açılmalara gedəndə yoluxmada artmalar ola bilər

12:24 - 15 / 08 / 2020
TƏBİB: Açılmalara gedəndə yoluxmada artmalar ola bilər

“Vətəndaşlarımızı gündəlik yoluxma saylarında kiçik artmalar narahat edir”.

1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, amma buna hazırlıqlı olmalıyıq: “Biz açılmalara gedəndə gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik. Ümumi ölkə üzrə çarpayıların doluluğu 14% təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.

1news.az

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər