Silah gəzdirən Bakı sakini Cəlilabadda saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Silah gəzdirən Bakı sakini Cəlilabadda saxlanıldı

10:31 - 17 / 08 / 2020
Silah gəzdirən Bakı sakini Cəlilabadda saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Hacızadə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı O.Hacızadənin əlindəki çantadan "Parabellum" markalı tapança, həmin silaha aid 1 ədəd sandıqça və 9 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Qafar Ağayev

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər