Avqustun 13-14-də keçirilən imtahanların test tapşırıqlarının izahı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Avqustun 13-14-də keçirilən imtahanların test tapşırıqlarının izahı açıqlanıb

10:48 - 19 / 08 / 2020
Avqustun 13-14-də keçirilən imtahanların test tapşırıqlarının izahı açıqlanıb

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, aituriyentlər,  həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Qafar Ağayev

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər