TƏBİB rəsmisi: “Hər peyvənddən istifadə etmək olmaz”

“Azərbaycan hal-hazırda aktiv olarsaq peyvən istehsalı ilə məşğul olan beynəlxalq təşkilatlarla və bilavasitə bu peyvəndlərin istehsalı ilə məşğul olan şirkətlərlə ikitərəfli danışıqlar aparır”.
1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
“Peyvən istehsalı və istifadəsi elə bir asan bir iş deyil. Hərhansı bir peyvənd istehsal olunub, “gəlin biz də onu istifadə edək” demək çox məsuliyyətli bir məqamdır. Biz bu məsələyə çox məsuliyyətlə yanaşırıq. Mən keçən dəfə qeyd etdim, biz beynəlxalq təşkilatlarla bilavasitə danışıqlara qoşulmuşuq. Bizim üçün əsas məsələ sadəcə peyvəndin əldə olunması deyil, bu peyvənd tamamilə zərərsiz olmalıdır. Yəni həqiqətən də COVİD-19 xəstəliyinini sağaltmaqla yanaşı immunitet yaratmalıdır”.
Qafar Ağayev