P&G şirkəti iyul ayında ehtiyac sahiblərinə əlavə 210.000 AZN yardım ayırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

P&G şirkəti iyul ayında ehtiyac sahiblərinə əlavə 210.000 AZN yardım ayırdı

10:00 - 24 / 08 / 2020
P&G şirkəti iyul ayında ehtiyac sahiblərinə əlavə 210.000 AZN yardım ayırdı

Procter&Gamble şirkəti iyul ayında elan etdiyi “1 məhsul = 1 ümid” kampaniyasının nəticəsi olaraq, həmin ayın satışlarından əldə etdiyi vəsaitdən 40 min manatı pandemiyanın ehtiyaca saldığı şəxslərə yardım üçün ayırıb.

““Bir damın altında ümidlə sabaha!” şüarı ilə keçirdiyimiz yardım kampaniyasının ilk mərhələlərində biz istehlakçılarımızla birgə iştirak edirdiksə, budəfəki dəstəyin tamamilə məhsullarımızın istifadəçilərinə aid olduğunu deyə bilərik” -  Procter&Gamble şirkətinin Qafqaz və Mərkəzi Asiya respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu kampaniyanın nəticələri barədə məlumat verib. Değer Kurtaslanoğlu bildirib ki, “1 məhsul = 1 ümid” kampaniyası nəticəsində daha 1500 ailəyə “Ümid 2020” gigiyena bağlamaları paylanacaq. Bağlamaların paylanması Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilir.

“Beləliklə, “Bir damın altında, ümidlə sabaha!” kampaniyamızla 9000 ailənin, 36 min nəfərin həyatına toxunmuş oluruq. Ümumilikdə isə pandemiya ilə mübarizəyə ayırdığımız ianə məbləğimizi 460 min manata çatdıra bildik. 20 ildən artıq müddətdə Azərbaycan istehlakçısına təqdim etdiyimiz yüksək keyfiyyətli və geniş çeşidli məhsullarla onların məişətinin, həyata keçirdiyimiz sosial məsuliyyət kampaniyaları ilə cəmiyyətin ayrılmaz hissəsinə çevrilmişik. Biz əminik ki, bu ağır dövrdən yalnız əl-ələ tutaraq və sabaha ümidlə baxaraq çıxacağıq” – P&G rəsmisi vurğulayıb.

Procter & Gamble şirkəti Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi dəstək P&G şirkətinin Avropada COVID-19 pandemiyası əleyhinə fəaliyyətinin tərkib hissəsidir. Ötən müddətdə P&G şirkəti Azərbaycanda pandemiya ilə bağlı karantində olan şəxslərə və karantin üçün nəzərdə tutulmuş məkanlara çatdırılması üçün öz məhsullarından ayırıb, İcbari Tibbi Sığorta Agentliyinə təhvil verib. Həmçinin,  P&G şirkəti “Ümid 2020” gigiyena bağlamalarından əlavə, pandemiya zamanı ehtiyacı olan şəxslərə yardım etmək üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə 170 min manat vəsait köçürüb.

Procter & Gamble pandemiya dövründə ictimai ehtiyacları dəstəkləmək üçün atdığı təcili addımları – 3 əsas istiqamətə ayırıb:

  • Əməkdaşlarının sağlamlığının qorunması və iqtisadi cəhətdən təminatı – pandemiyanın elan etdiyi ilk günlərdən şirkət əməkdaşlarının evdən onlayn, işdə isə məsafə saxlamaqla çalışmasına şərait yaradıb.
  • İnsanların daha çox ehtiyac duyduğu məhsulların fasiləsiz istehsalı və istehlakçılara çatdırılması – pandemiyanın elan edildiyi ilk günlərdə də, karantin günlərində də insanlar hər zaman alış-veriş etməyə alışdıqları bütün satış nöqtələrində P&G təmizlik və gigiyena məhsullarını rahat şəkildə əldə edə biliblər.
  • Pandemiya ilə ön cəbhədə mübarizə aparan bütün insanları və qurumları dəstəkləmək – şirkət həm tibb işçilərinə, həm karantində saxlanılanlara, həm də pandemiyanın zərərlərini yaşayışında hiss edənlərə öz dəstəyini təqdim edib.

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

Reklam hüququnda

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər