24 nömrəli marşrut avtobusunun hərəkət sxemi dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

24 nömrəli marşrut avtobusunun hərəkət sxemi dəyişdirilib

10:31 - 24 / 08 / 2020
24 nömrəli marşrut avtobusunun hərəkət sxemi dəyişdirilib

Bakıda yolda aparılan təmir səbəbindən 24 saylı avtobusun hərəkət sxemi dəyişdirilir.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

"Bu səbəbdən 24 nömrəli marşrutun N.Nərimanov m/st-dan Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək Təbriz - A.Nemətulla - Y.V.Çəmənzəminli – Ə.Əliyev küçələri ilə təşkil edilib".

Qafar Ağayev

Paylaş:
1248

Son xəbərlər

Bütün xəbərlər