Yeni Müsavat: Hadı Rəcəbli də nəvəsinə toy etdi - VİDEO

Sabiq deputat Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etməsi ilə bağlı Bumerang Medianın youtube kanalında videogörüntülər yayılıb.
Musavat.com-un yaydığı məlumata görə, videogörüntülərdə tibbi maskadan istifadə edən şəxs də görünür. Bu isə həqiqətən də çəkilişin karantin günlərində aparıldığını göstərir.
Xəbərdə qeyd olunur ki, toy dəniz kənarında yerləşən restoranların birində təşkil edilib və mərasimdə 150 nəfər iştirak edib.
1news.az-ın müxbiri Hadı Rəcəbliyə dəfələrlə zəng etsə də, sabiq deputat zənglərə cavab verilmədi.
Hadi Rəcəblinin də məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Sosial şəbəkələrdə yayılan videogörüntünü təqdim edirik
1news.az
993