Bu ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq

10:34 - 25 / 08 / 2020
Bu ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

1news.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yaylb. Məlumatda deyulir ki, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
656

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər