Nazir: “Təklif olunur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən bərpa edilsin” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Təklif olunur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən bərpa edilsin”

17:22 - 27 / 08 / 2020
Nazir: “Təklif olunur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən bərpa edilsin”

“Bağçalar və məktəbəqədər təhsil işləyən anaların işinə təsir edən amildir”.

1news.az xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E.Əmrullayev deyib ki, təklif odur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən başlayaraq bərpa edilsin: “İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orda uşaq bağçaları fəaliyyətə başlasın. Oktyabra qədər pisləşmə müşahidə edilsə, uşaq bağçalarının mərhələli açılmasını təklif edirik”.

1news.az

Paylaş:
645

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər