Zərdabda QƏZA - Yük maşını traktorla toqquşdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda QƏZA - Yük maşını traktorla toqquşdu

10:11 - 28 / 08 / 2020
Zərdabda QƏZA - Yük maşını traktorla toqquşdu

Zərdab rayonunun Otmanoba kəndində "QAZel" markalı yük avtomobili və “T-80” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər