Akif Qurbanov: “Azərbaycana qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Akif Qurbanov: “Azərbaycana qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək”

11:36 - 29 / 08 / 2020
Akif Qurbanov: “Azərbaycana qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək”

"Bütün dünyada yoluxma halları artmaqdadır".

1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

O bildirib ki, Azərbaycandakı vəziyyət idarəolunandır.

"Bu bizi sevindirir. Sərt karantin rejimi tədricən yumşaldılır. Xalqımızın bu prosesdə kütləvi iştirakı vacibdir. Karantin rejimi yumşaldıqca qorunma tədbirləri daha da sərtləşməlidir. Məhz bu gündəlik həyatımıza qayıtmağımıza yardım edəcək. Qarşıdan soyuqlar gəlir, infeksiyanın artması təhlükəsi var. Qrip və qripə bənzər infeksiyalar arta bilər. Bununla bağlı dövlət tərəfindən tədbirlər görülür. Ölkəyə qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək. Bununla bağlı işlər görülür. Hesab edirik ki, tədris mövsümündə də qaydalara riayət olunmalıdır. Bu halda biz virusun yayılmasının qarşısını ala bilərik"

Qafar Ağayev

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər